192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Baş nazir Paşinyan və Belarusun Ermənistandakı səfiri əməkdaşlığı inkişaf etdirmək məsələlərini müzakirə ediblər
2019-04-16 10:47:58

Baş nazir Nikol Paşinyan Belarus Respublikasının Ermənistandakı səfiri İqor Nazaruku qəbul etdi. Bu haqda Baş nazirin iş heyətindən məlumatlandırılıb. ER Baş naziri qeyd edib ki, Ermənistan siyasi aktiv dialoqu ikitərəfli və hərtərəfli formatlarla mühüm hesab edir.Bu kontekstdə Baş nazir Paşinyan aprelin 30-da Yerevanda keçiriləcək Avrasiya İqtisadiyyat İttifaqı hökumətlərarası Şurası iclasında Belorus  Respublikası Baş nazirinin iclasda iştirakını alqışlayır və qeyd edir ki, ikitərəfli əlaqələri genişləndirmək perspektivliyini müzakirə etmək üçün bu olduqca yaxşı fürsətdir .ER-da Belarusun səfiri qeyd edib ki, Belarus Ermənistanla əməkdaşlığı daha da dərinləşdirməkdə olduqca maraqlıdır.Nikol Paşinyan və İqor Nazaruk yüksək səviyyəli ikitərəfli əlaqələrin intensivləşdiyini və erməni-belarus münasibətlərinin gündəliyinə dair, xüsusilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələləri müzakirə etdilər. Baş nazir erməni hökumətinin biznes mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlara toxunaraq, Belarus işgüzar dairəsini ölkəmizdə azad iqtisadi fəaliyyəti üçün geniş imkanlar təmin etdiyini bildirib. İqtisadi, mədəni və humanitar əlaqələrin dərinləşməsi ilə bağlı razılığa gəlinib.ER Baş naziri və Ermənistanda Belorusun səfiri DQ münaqişəsinin nizqamlanmasıyla əlaqədar olaraq fikir mübadiləsini etmişlər. Regionda sabitlik və tarazlıq baxımından, Baş nazir Dağlıq Qarabağ münaqişəsinin həllində balanslı yanaşmanın saxlanmasının vacibliyini vurğuladı.