192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP sədri Əli Kərimli: 13 ildir xarici pasport ala bilmirəm, vermirlər
2019-04-16 13:50:12

Ötən həftə ReAL Partiyasının sədri İlqar Məmmədovun xarici pasport alması və bloger Mehman Hüseynovun xaricə çıxışına qoyulan qadağasının götürülməsi ilə yadda qaldı.

Sadalananlar istər-istəməz 2006-cı ildən xarici pasportu verilməyən AXCP sədri Əli Kərimlinin durumunu yada saldı. Avropa Məhkəməsi bu barədə qərar qəbul etsə də, Azərbaycan hökuməti AXCP sədrinin ölkədən çıxışına qoyduğu qadağanı götürmür.

Bu barədə Meydan TV-yə danışan Əli Kərimli bildirib ki, 2006-cı ildən məhkəmələrə şikayət etsə də, ona qarşı hiyləgərlik ediblər:

“Mən bütün daxili məhkəmələri bir dəfə başa vurandan sonra Ali Məhkəmə şikayətləri yenidən rayon məhkəməsinə qaytardı. Həmin dövrəni bir daha keçməli olduq. Yəni hamının keçdiyi şikayət prosedurlarını mən iki dəfə keçməli oldum. Beləliklə, 2 il vaxtımı aldılar. 2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdim. Məhkəmə 3 il əvvəl, 2016-cı ildə Azərbaycan hökumətini cərimələyib, pasportumla bağlı qərarı qanunsuz saydı və hakimiyyətə mənə pasport verməyi tövsiyə etdi. Amma cərimə ödənilsə də, qərar yerinə yetirilməyib”.

Qərarın icrası haqda Əli Kərimlinin vəkili müvafiq dövlət orqanlarına müraciət edib, ancaq cavab verilmədiyi üçün Avropa Şurası Nazirlər Kabinetinə üz tutublar.

Əli Kərimlinin dediyinə görə, hüquqşünas İntiqam Əliyevin apardığı iş hazırda Avropa Şurasının Nazirlər Kabinetinin gündəmində olsa da, hələ icra olunmur:

“Məsələ Nazirlər Kabinetinin müzakirəsinə çıxarılıb, icrası tələb olunub, amma hökumət yerinə yetirmir. Bu məsələ Avropa Məhkəməsinin yerinə yetirilməyən qərarlarından biridir və məhz buna görə Nazirlər Kabinetinin gündəliyinə çıxarılıb”.

AXCP sədri hesab edir ki, məsələyə ölkədəki vəziyyət kontekstində baxılmalıdır

Əli Kərimli onu da vurğulayıb ki, hazırda bu məsələ əvvəlki kimi aktual deyil. Çünki indi ölkənin kənarında da hökumətə qarşı çoxlu sayda danışanlar var