192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Siyasi məhbuslar vaxtından əvvəl şərti azadlığa buraxılmaları barədə ərizələr verirlər
2019-04-16 15:18:02

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış dörd məhkum vaxtından əvvəl şərti azadlığa buraxılmaları haqqında xahişlə məhkəmələrə müraciət ediblər.

Bu barədə Turan-a "Hamısını azad et!" ictimai kampaniyasının təşəbbüskarlarından biri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, ötən həftə Baş Prokurorluğa və Penitensiar Xidmətə siyasi məhbusların azad edilməsi haqqında müraciətlər göndərildikdən sonra məhbuslar özləri onların vaxtından əvvəl azad edilməsinin hüquqi müxanizmlərindən istifadə etməyə başlayıblar.

Xüsusən, "Səid Dadaşbəylinin işi" üzrə üç məhbus - Dadaşbəyli özü, Cahangir Kərimov və Ceyhun Əliyev vaxtından əvvəl şərti azadlığa buraxılmaları haqqında rayon məhkəmələrinə müraciət ediblər. Dadaşbəyli və Kərimovun 13,5 illik azadlıqdan məhrumetmə cəzalarının 1 il üç ayı qalıb. Hepatit-B-dən əziyyət çəkən Əliyevin isə 14 illik həbs cəzasının 1 il 9 ayı qalıb.

Hər üçü cəzalarının 3/4-nü çəkdikləri üçün vaxtından əvvəl şərti azadlığa buraxılmalarını xahiş etmək hüququna malikdirlər.

2017-ci ilin sentyabrında üç il müddətinə azadlıqdan məhrum edilmiş "Azadlıq" qəzetinin regional müxbiri Ziya Əsədli də ərizə yazıb. O, cəzasının yarısından çoxunu çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmaq hüququna malikdir.