192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Təhsil nazirliyi Leyla Ucaldan statusunu silməsini istəyir
2019-04-16 14:52:53

Kimya müəllimi Leyla Ucal iddia edir ki, iki il əvvəl Təhsil Nazirliyinə etdiyi şikayətlər araşdırılmayıb, ona deyiblər ki, “biz sizin bildiyinizdən artığını bilirik”.

Məsələni ictimailəşdirdikdən sonra isə, dediyinə görə, Təhsil Nazirliyinin işçiləri ona “dolayı yollarla çatdırıblar ki, Facebook statusunu silsin”.

Leyla Ucal deyir ki, şənbə günü 2017-ci ildə Mərdəkanda yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində çalışdığı müddətdə üzləşdiyi problemləri ictimailəşdirib və bundan sonra onun statusu silməsi üçün “vasitəçilər” göndərilib.

“Mənim şikayətimin araşdırıldığına əmin deyiləm, mənə araşdırıldığı deyilməyib. İndi birbaşa olmasa da, dolayı yolla başqa insanlar mənə nazirliyin işçilərinin adından çatdırırlar ki, postu silməyimi istəyirlər”, – o deyib.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib ki, Leyla Ucal bu gün nazirliyə dəvət olunub və ona məsələləri birgə müzakirə etmək təklif edilib.

“Biz bütün vətəndaşların müraciətlərini ciddi dəyərləndiririk və bu məsələlərdə ictimai nəzarət funksiyasını alqışlayırıq. Leyla xanımla şəxsən danışmışam və bu gün onun internat məktəbində qeyd etdiyi bütün məsələləri birgə müzakirə edəcəyik”, – Cəsarət Valehov söyləyib.

Cənab Valehov Leyla Ucalın 2017-ci ildə Təhsil Nazirliyinə etdiyi şikayətlərin və nəticələrinin də araşdırılacağını bildirib.

Leyla Ucal deyir ki, məktəbdə olan problemlər təlim-tərbiyə prosesi ilə məhdudlaşmırdı. Onun sözlərinə görə, “məktəbə gələn keyfiyyətli qidalar satışa aparılırdı, daşıma işini isə uşaqlar özləri görürdü”. Pulun kimə çatdığını isə, nə o, nə də uşaqlar bilmirdi.

O deyir ki, məktəbin müəllimlərinin bu vəziyyətə niyə dözdüklərini soruşanda “direktorun icra hakimi ilə çox yaxın olduğu, yuxarılarda çoxlu dostlarının olduğu” cavabını alıb.