Üç AXCP fəalı 20 günlük həbs edilib
2018-11-19 17:05:00
Azərbaycanın Səbail Rayon Məhkəməsi AXCP fəalları Ağababa Cəfərli, Ruslan Əmirov və Cavid İbrahimovu 20 günlük həbs edib.
"Turan" informasiya agentliyinin bildirdiyinə görə, onlar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (icazəsiz yürüşdə iştirak etmə) maddəsi ilə təqsirli biliniblər.
AXCP fəalları Ramiz Cəfərov, Sərdar Qubadsoy və Ramid Nağıyev, həmçinin bloger Fatimə Mövlamlı və Kanal-13-ün jurnalisti Nurlan Qəhrəmanlı 400-500 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, AXCP lideri Əli Kərimli də 2500 manat cərimə kəsilərək, azad buraxılıb.
Bütün bu şəxslər noyabrın 17-də saxlanılıblar.
Ən çox oxunan
2019-02-15 13:11:58
Arman Tatoyan Brüsseldə münaqişəli və postmünaqişəli zonalarda İH müəssisələrinin fəaliyyəti ilə bağlı müşavirələrdə iştirak edib
2019-02-15 17:57:01
"Azərbaycanda işsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir"
2019-02-15 11:00:12
NATO və ER Müdafiə nazirliyi yüksək səviyyəli konfrans keçirir
2019-02-15 16:18:29
Moskvada çeçenlər azərbaycanlının kafesinə silahlı hücum ediblər
2019-02-16 10:10:40
Stanislav Tarasov:” Ermənistanın həlledici bəyanatları Bakının diplomatik təşəbbüsünü itirməsinə səbəb olub”