192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
David Tonoyan Əfqanıstana gedib
2018-11-19 15:49:59

Ermənistan Respublikasının Müdafiə naziri vəzifəsini icra edən David Tonoyan Əfqanıstana işgüzar səfərə gedib.Bu haqda ER Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovannesyan öz Facebook səhifəsində  dərc edib. Səfərə dair  digər  təffərrüatlar barədə  məlumat  verilmir.Ermənistan Respublikasının  Beynəlxalq  sülhməramlı missiyasıyla Silahlı Qüvvələr 2004-cü ildən  bəri erməni sülhməramlılarının  34 nəfərlik qoşun  bölməsi Kosovonun  yunan qoşun  bölməsinin tərkibində sülhməramlı missiya  həyata keçirmək üçün  getmişdir.2010-cu ilin fevralından başlayaraq  ER SQ  sülhməramlı  qoşun bölməsi Almaniya Federativ  Respublikasının komandanlığı altında MAAU (Əfqanıstanda  Beynəlxalq  təhlükəsizliyə yardım edən qüvvələr) (ISAF)Şimal komandanlığı tərkibində olmaqla  Kunduz şəhərinin  hava limanının  təhlükəsizliyini təmin etmək məsələlərini həyata keçirib.2010-cu ildən  bu günə kimi  erməni sülhməramlıları  Əfqanıstanın paytaxtı Kabulda, Kunduzda , eləcə də,  Mazari Şarif  şəhərlərində  yerləşdirilmiş hərbi bazalarada  sədaqətlə  xidmət etmişlər.2015-ci ilin  dekabr ayında  Əfqanıstanda  1600-ə   kimi  sülhməramlılar  şərəf və sədaqətlə xidmət  edərək alnı açıq Vətənə  qayıtmışlar.Hal-hazırda  Əfqanıstan İslam Respublikasında  120 erməni sülhməramlılar (Kabul, Maari Şarif) xidmət edir.