192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycandakı narkoticarətlə bağlı statistika
2019-04-16 17:58:00

Son illər Əfqanıstandan Avropa ölkələrinə və Afrika regionuna narkotik vasitə tədarükünün artması fonunda Azərbaycanda da vəziyyət nəzərəçarpacaq səviyyədə dəyişib. İri partiyalarda əfqan mənşəli heroinin aşkarlanaraq, müsadirə olunması faktları müntəzəm xarakter alıb. Bu, bir yandan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin güclənməsi, digər yandan isə narkotik vasitələrin tədarük həcminin artması ilə əlaqədardır.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin stastik məlumatlarının təhlili onu göstərir ki, son beş il ərzində ölkə ərazisində müsadirə olunmuş narkotik vasitələrin həcmi azı iki dəfə artıb.

Belə ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi qanunsuz narkotik vasitə dövriyyəsi ilə bağlı 2965 fakt qeydə alıb. Bu, 2017-ci illə müqayisədə, 238 hal daha çoxdur. Bu müddət ərzində 1 ton 136 kiloqrama yaxın narkotik vasitə (290 kiloqram güclü təsirli vasitə: opium və heroin) qanunsuz dövriyyədən çıxarılıb.

2017-ci ildə narkotik vasitələrlə bağlı 2727 cinayət hadisəsi qeydə alınıb, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. 2016-cı ildə 3243 cinayət hadisəsi qeydə alınıb, 934 kiloqram müsadirə olunub. 2015 və 2014-cü illərdə isə müvafiq ardıcıllıqla 2935 və 3046 fakt aşkarlanıb, 804 kiloqram və 673 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Narkokuryerlər hələ də İranda yoxlamalardan sovuşaraq, narkotik vasitələri Azərbaycana gətirməyə nail olur.DİN mütəxəssisləri qeyd edir ki, dünyanın narkotik vasitə trafiki üzrə 38 marşrutu məhz Azərbaycan ərazilərindən keçir.

Bu arada, Azərbaycan DİN mütəxəssisləri əfqan narkotik vasitələrinin tədarükünün heç vaxt azalmayacağını proqnozlaşdırır. Bu, Əfqanıstanda narkotik vasitə istehsal həcminin artımı ilə əlaqədardır. Dünya üzrə heroin tədarükünün 90 faizi məhz Əfqanıstanın payına düşür.

Psixiatr-narkoloq, tibb elmləri doktoru Araz Əliquliyev Oxu.Az-la söhbətində, Azərbaycandakı narkotik vasitə alüdəçilərinin 80 faizinin ağır narkotik vasitələrdən istifadə etdiyini bildirib. Hər il narkotik vasitə alüdəçilərinin sayı min nəfər artır.