192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Artsax onların həlli ilə bağlı şübhəli olsa da, humanitar məsələlərin müzakirəsini müsbət qiymətləndirir
2019-04-17 10:10:21

Rəsmi Stepanakert Ermənistan və Azərbaycan Xarici işlər nazirləri tərəfindən humanitar sahəylə bağlı məsələlərin müzakirəsini müsbət qiymətləndirir. Artsax Prezidentinin mətbuat katibi Davit Babayan “Armenpres” ilə söhbətində qeyd edib ki, rəsmi Stepanakert oxşar  humanitar təkliflərlə çoxdandı ki, çıxış etmişdir. Bunların Azərbaycan tərəfindən etinasızlığa vurulması başqa məsələdir. “Bunlar,atəşkəs rejimini möhkəmləndirməyə və  pozuntuların sayının azalmasına icazə verəcəkdi. Xüsusən, snayperlərin sərhəddən çıxarılması, milli, beynəlxalq və dini bayramlarda atəşkəsin pozulması halları və sairə... Azərbaycan bütün bunlara heç bir şəkildə bu cür cavab vermədi, bu da pozuntuları daha da qızışdırmalı oldu”-deyər5ək Davit Babayan qeyd edib. O, məhsul yığımı zamanı atəşkəs rejiminə riayət etmək tələbinin dəfələrlə səslndirildiyini qeyd etdi. Halbuki məhsul yığımı zamanı qəstlə atəş açılır tarlanı oda tutur yandırırdılar , baxmayaraq ki, dəfələrlə küləyin nəticəsində yanğın Azərbaycan ərazilərinə ötürülürdü. “Biz bu məsələni bir növ həll etmək üçün həmsədrlərə, həm də digər beynəlxalq təşkilatlara  müntəzəm şəkildə  bəyan etmişik, amma buna baxmayaraq, Bakı irəliyə doğru heç bir addım atmadı. İndi hər hansı bir proqramı bu istiqamətdə həyata keçirmək üçün bir fürsət varsa, bu müsbətdir, amma Azərbaycanı yaxşı tanıdığımızdan, haradasa bir az şübhə yaranır. Baxmayaraq ki,  bu o demək deyil ki,  sınaqdan keçirməməliyik”-deyərək Davit Babayan bəyan edib.