192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan və İran arasında gömrük əməkdaşlığı üzrə qarşılıqlı anlaşma Memorandumu imzalanıb
2019-04-17 11:16:11

Ermənistan və İran arasında gömrük əməkdaşlığı üzrə qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Ermənistan Respublikası və İran İslam Respublikası arasında gömrük sərhədindən keçən malların və nəqliyyat vasitələrinin gömrük dəyərləri haqqında məlumat mübadiləsi barədə Ermənistan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük Xidməti arasında Dövlət Gəlirlər Komitəsinin rəhbəri Davit Ananyanın səfəri çərçivələrində imzalanmışdır”. ER Dövlət Gəlir Komitəsindən verilən məlumata görə, Memorandumla Ermənistan və İran arasında daşınan malların və nəqliyyat vasitələrinin gömrük dəyərinin düzgün müəyyənləşdirilməsinə əsas yaranır. Tərəflər arasında malların gömrük dəyərinə dair məlumatların mübadiləsi üçün qarşılıqlı kömək və qarşılıqlı  nəzarət , eləcə də sərhəddən keçən mallar üzərində gömrük nəzarəti effektiv şəkildə təşkil etmək imkanı yaradılmışdır. Sənədin imzalanması ilə iki ölkənin müvafiq bölmələri arasında əməkdaşlıq genişlənmişdir ki, bu da mövcud problemlərin operativ və tez zamanda həlli baxımından gömrük qaydalarının pozulmasının müəyyənləşdirilməsinə müsbət təsir göstərəcəkdir. Gömrük rüsumlarından, vergilərdən və ödənişlərdən yayınma ilə mübarizə üçün ikitərəfli ticarətin genişləndirilməsi məsələsində daha əlverişli şərait yaradılmışdır.