192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
PA rəsmisi sosial şəbəkələrə nəzarəti gücləndirməyə çağırıb
2019-04-17 12:38:14

Son vaxtlar Azərbaycanda sosial şəbəkələrə nəzarətin gücləndirilməsi və hətta onların Azərbaycanda qapadılması haqqında rəsmi şəxslər tərəfindən səsləndirdiyi təkliflərin sayı çoxalmaqdadır.

Aprelin 16-sı "Dini-ideoloji təhlükəsizlik və media" konfransında iştirak edən Prezident Adminstrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov da buna oxşar təkliflə çıxış edib.

Onun sözlərinə görə, sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir: "Ona görə də radikal, xurafata meylli qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq cəhdlərinin qarşısı alınmalıdır. Biz bu kimi məqamların qarşısını almaq üçün çalışmalıyıq. Azərbaycanın bütün bölgələrində Dini Komitə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - red.) bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbir görüb və görməyə davam edir".

Media üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, Azərbaycanda rəsmi şəxslər sosial şəbəkələrdə dini radikalizmdən çox siyasi plüralizmə verdiyi töhfəni təhlükə görürlər: "Azərbaycanda sosial medianın plüralizmə böyük qatqısı olur, ictimai-siyasi proseslərin və ictimaiyyətdə ciddi əks-səda doğuran hadisələrin yeganə geniş müzakirə olunduğu platformadır. Bu baxımından, hökümətin bəzi problem həll etmək istəyi olmayan nümayəndələri bu məsələni "təhlükə" kimi görə bilir".

Onun sözlərinə görə, sosial şəbəkələrdə dinə meylli yanaşmalar və nifrətə yol verən ifadələrə rast gəlinir: "Amma bununla bağlı hüququn çox aydın normalar da var və nifrət nitqi hansısa hadisənin gerçəkləşməsinə gətirib çıxarırsa, mövcüd qanunlara uyğun tədbir görülür. Bundan narahat olmağa ehtiyac yoxdur", - deyə Ə.Məmmədli bildirib.