192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Xİ naziri Fransa Respublikasının Avropa və Xİ naziriylə görüşüb
2019-04-17 11:35:11

Parisə işgüzar səfərdə olan Xİ  naziri Zohrab Mnatsakanyan Fransanın Avropa üzrə Xarici işlər naziri Jan İv Lı Drianla görüşüb. ER XİN-dən verilən məlumata görə Zohrab Mnatsakanyan və Jan İv Lı Drian ənənəvi dostluq və ümumi dəyərlərə əsaslanan çoxtərəfli erməni-fransız əməkdaşlığından məmnun olduqlarını bildirərək qeyd etmişlər ki, yeni təşəbbüslər vasitəsilə ikitərəfli münasibətlərin davamlılığını təmin etməyə hazırdırlar. Həmsöhbətçilər ikitərəfli gündəliyin ənənəvi, siyasi, ticarət, iqtisadi, elmi, təhsil və mədəniyyət sahələri arasında yüksək texnologiyalar, yeniliklər və yaradıcı təhsil sahəsində əməkdaşlığın genişləndiyini qeyd ediblər. Nazir Mnatsakanyan vurğulayıb ki, erməni tərəfi Prezident Emanuel Makronun aprelin 24-də Fransada Erməni Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş Milli Günü elan etməsi barədə bəyanatını yüksək  qiymətləndirib. Bu, Fransanın ədalətin inkarının bərpası mövqeyinin davam etdirilməsinin bir təzahürüdür. Dağlıq Qarabağ əsas məsələsinə dönməklə Ermənistan Xİ naziri öz Fransadan olan həmkarına Moskvada keçirilən görüşü barədə danışaraq Ermənistanın əsas məsələyə olan yanaşmasını, yəni müstəsna olaraq sülh yoluyla həllinin tərəfdar olduğunu qeyd etmişdir. Hər iki tərəf də sülhlə nizamlanma prosessinin irəliləyişi üçün xeyirxah mühitin formalaşmasını və inamı möhkəmləndirmək addımları vasitəsiylə həyata keçirilməsini olduqca mühüm hesab etmişlər.