192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ramiz Rzayev: “Jurnalistləri məhkəməyə buraxmamaqla səhv edirlər”
2019-04-17 16:31:32

“Jurnalistlərin məhkəmə proseslərinə buraxılması yalınız qapalı keçirilən proseslərdə məhdudlaşdırıla bilər. Açıq məhkəmə prosesində iştirak etmək isə jurnalistin hüququ və vəzifəsidir”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Bizimyol.info saytının əməkdaşının sualını cavablandırarkən deyib. Jurnalist sualında qeyd edib ki, bir çox məhkəmələrdə, xüsusilə də Bakı Hərbi Məhkəməsinin baxdığı açıq proseslərə media nümayəndələrinin daxil olmasına məhdudiyyət qoyulur.

Ramiz Rzayev isə bildirib ki, bu tamamilə qanunsuzdur. “Əgər baxılan işdə hərbi, dövlət, ailə və ya kommersiya sirri təşkil edən məlumatlar varsa, bu halda proses qapalı keçirilə bilər. Bu da əvvəlcədən elan edilir. Açıq məhkəmə iclaslarını isə jurnalistlər sərbəst şəkildə izləyib yaza bilər. Bakı Hərbi Məhkəməsi jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər. Mən dəfələrlə demişəm, bir daha bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram. Bu sizin hüququnuzdur və açıq məhkəmə proseslərində peşə fəaliyyətinizi sərbəst davam etdirə bilərsiniz” – deyə sədr bildirib.