Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Bako Sahakyan: “Artsax Azərbaycanla sülh münasibətlərinin tərəfdarıdır“
2019-04-18 10:02:54

Artsax Azərbaycanla sülh münasibətlərinin tərəfdarıdır.Stepanakertdə Artsax Prezidenti Bako Sahakyan bu haqda bəyan edərək qeyd edib ki, istənilən aqressiya halında Vətənin müstəqilliyini, təhlükəsizliyini və ləyaqətini qoruyan hər şey ediləcəkdir. Artsaxın Prezidenti qeyd edib ki, ölkənin xarici siyasəi məsələləri ölkənin müdafiəsi, Azərbaycanla münasibətləri və Artsaxın beynəlxalqcasına tanınması prosesi ilə bağlıdır. “2018-ci ildə Müdafiə ordusu ölkənin sərhədlərinin və dövlət təhlükəsizliyinin toxunulmazlığını təmin etdi və hökumət ordunun mübarizliyini təmin etmək üçün hər şeyi etmişdir. Ötən ilin sentyabrında ER Baş naziri ilə Azərbaycan prezidenti arasında imzalanmış razılaşmalardan sonra atəşkəs pozuntuları azalıb, bununla belə, Azərbaycan öz antiermənilik niyyətlərini yenidən nəzərdən keçirməyibdir”- deyərək Prezident qeyd edərək əlavə edib ki, buna dəlalət edən hadisələr sırasında eləcə də ötən il və 2019-cu ildə keçirilən geniş miqyaslı hərbi təlimlərdir.” Vyana görüşündən sonra hərbi nəfəsli ritorika səslənir. Bu şəraitdir ki, Artsaxı məcbur edir müdafiə sahəsinə xüsusi diqqət yetirsin.. Ötən il ordunu modernləşdirmək və tamamlanması istiqamətində addımlar atıldı. Artıq ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə formatının tamlığı kontekstində tərəfdarı olub və olaraq qalır. Bundan sonra da həm həmsədrlərə, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə dəstək verəcəyik. Biz təmas xəttində baş verən hadisələrin qqarşısını almaq üçün mexanizmlərin və danışıqlar üçün xeyirxah şəraitlərin təmini tərfdarıyıq “- deyərək Bako Sahakyan bildirib.Xarici siyasət məsələləri barədə danışan Artsax Prezidenti, həmçinin, Artsaxın beynəlxalq aləmdə tanınması istiqamətində atılan addımlara, Arsax məsələsinin beynəlxalq platformalarda təqdim etmək üzərində aparılan işlərə toxunmuşdur.