192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
SMMM: İşgəncə halları araşdırılsın, siyasi məhbuslar azad edilsin
2019-04-18 10:45:17

"Respublika Baş Prokurorluğu başda olmaqla, aidiyyatı qurumlar insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalıdır. Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) yol verilmiş qanunsuzluqların aradan qaldırılmasını, mühakimələrin və məhkəmələrin ədalətli aparılmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir".

Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin son həbslər və işgəncələrlə bağlı aprelin 17-də yaydığı bəyanatda deyilir.

SMMM bildirir ki, son vaxtlar hakimiyyətin repressiv siyasətinin davamı olaraq ictimai-siyasi fəalların şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması halları genişlənməkdədir. "Bir tərəfdən "məhkəmə-hüquq sistemində dərinləşmə islahatları"nın aparılmasından bəhs edilir, digər tərəfdən əməli olaraq əks hərəkətlər təkrarlanır. 10 iyul 2018-ci il Gəncə hadisələri və Tərtərdə hərbiçilərlə bağlı açılmış cinayət işlərində yol verilmiş qanunsuzluq və işgəncə halları, ictimai fəallara qarşı aparılan repressiyalar ictimaiyyətin haqlı narazılığına səbəb olur", deyə sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, son 1 ayda onlarla ictimai fəal - "heykəl məhbusu" Bayram Məmmədov, Tofiq Məmmədov, Qaraçuxur sakini Ruslan Cumayev, Aqil Hümbətov, AXCP üzvləri - Nicat Abdullazadə, Nicat Nizamov, Yalçın Abdullayev, Paşa Umudov, Saqif Qurbanov və digərləri inzibati qaydada qanunsuz həbslərə məruz qalıb, ictimai fəallar - Qiyas İbrahimov, Gülnarə Rahimova, Fatimə Mövlamlı, jurnalist Sevinc Sadıqova dəfələrlə əsassız olaraq saxlanılaraq polis bölmələrinə aparılıb.

SMMM-in üzvlərinin Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon Məhkəməsində iştirakı və digər apardıqları araşdırmalar zamanı məlum olub ki, hadisələr zamanı həbs olunmuş şəxslər birmənalı şəkildə ən ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıb.

"Təəssüflə qeyd olunmalıdır ki, 2017-ci ildə Tərtərdə bir qrup hərbiçinin məmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesi də çoxsaylı qanun pozuntuları ilə müşaiyət olunur. Qapalı keçirilən həmin məhkəmə proseslərində də işgəncə nəticəsində alınmış ifadələr əsas götürülür, ittiham tərəfindən məhkəməyə ciddi dəlil və sübutlar təqdim olunmur. Hərbiçilərin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində heç bir addım atılmır", deyə bəyanatda qeyd edilir.