Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Milli Şuranın mitinqi məqsədəuyğun hesab edilməyib
2019-04-18 12:06:55

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 20nə təyin etdiyi mitinqi məqsədəuyğun saymayıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Turana bildirib.

Milli Şura aprelin 6-da mitinq keçirmək barədə qərar qəbul etmişdi. Mitinqin siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblərlə keçiriləcəyi bildirilmişdi.

Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib