Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Mətbuat Azadlığı İndeksində Ermənistan 19 pillə irəliləyib, Azərbaycan isə yenə geriləyib
2019-04-18 13:52:45

Jurnalistlərə nifrət zorakılıq formasını alır və bu da öz növbəsində qorxunun güclənməsinə səbəb olub. Jurnalistlərin tam təhlükəsizlik şəraitində işləyə biləcəyi ölkələrin sayı azalır, avtoritar rejimlər mediaya nəzarəti gücləndirirlər. Sərhədsiz Reportyorlar (RSF) Təşkilatı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Bu indeks hər il 180 ölkə və ərazidə jurnalistikanın durumunu dəyərləndirir. Qurum bir çox ölkələrdə siyasi liderlərin jurnalistlərə ifadə etdiyi düşmənçiliyin tez-tez ciddi zorakılıq forması aldığını, jurnalistlər üçün qorxu və təhlükəni görünməmiş həddə qaldırdığını bildirir.

Azərbaycan 180 ölkə içində 166-cı yeri tutub. Ötən il isə 162-ci idi.

“Prezident İlham Əliyev plüralizmin bütün formalarını əzməklə kifayətlənməyib, 2014-cü ildən bəri olub-qalan media tənqidçilərinə qarşı amansız müharibə aparır. Müstəqil jurnalistlər və bloqqerlər qısnama, döyülmə, şantaj və rüşvətə boyun əyməyincə absurd ittihamlarla həbs olunurlar. Zerkalo və Azadlıq qəzetləri kimi müstəqil media iqtisadi baxımdan boğulub. AzadlıqRadiosu zorla bağlanıb. Əsas müstəqil xəbər vebsaytları bloklanıb. Mühacirətdə müqaviməti davam etdirənləri susdurmaq üçün hakimiyyət onların Azərbaycandakı ailə üzvlərinə təzyiq göstərir. Rejim Gürcüstan və Ukraynada jurnalistləri həbs etdirməklə, Fransada məhkəməyə müraciət etməklə repressiyasını ixrac edib. Rejim yalnız təzyiq altında geri çəkilə bilər – belə bir təzyiqə həmişəkindən daha çox ehtiyac var”, – RSF bildirir.

Rəsmilər hələlik, bu indeksə münasibət açıqlamayıblar. Ancaq bir qayda olaraq, hakimiyyət təmsilçiləri ölkədə mətbuat azadlığının tam təmin olunduğunu, heç bir jurnalistin peşəsinə görə təqibə məruz qalmadığını deyirlər.

Ermənistan 19 pillə irəliləyərək 61-ci yeri tutub. Ötən il isə 79-cu idi. Ölkədə “məxməri inqilab”dan sonra hökumətin dövlətə məxsus media üzərində nəzarətinin yumşaldığı bildirilir. Gürcüstan isə 60-cı yerini qoruyub saxlayıb. Bu ölkədə medianın müstəqil, ancaq xeyli qütbləşmiş olduğu vurğulanır.