Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Baş nazir ABŞ Konqresinin nümayəndə heyətini qəbul etdi: “Ermənistan ABŞ ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir”
2019-04-19 10:03:22

Baş nazir Nikol Paşinyan ABŞ konqresmenlərinin nümayəndəliyini qəbul edib. Onların tərkibində Nümayəndələr palatasının Demokratik tərəfdaşlıq komitəsinin («House Democracy Partnership») həmsədri Deyvid Prays (demokrat),konqresmen Vern Bukana ( respublikaçı),konqresmenlər Dina Taytus (demokrat),Maykl Konavel (respublikaçı),Barbara Lin (demokrat) və Terri Syüeldir (demokrat). ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Nikol Paşinyan qeyd edib ki, Ermənistan radikal islahatlar prosesindədir və demokratiyanın inkişafına sadiqdir. Baş nazir bir il əvvəl baş tutan Məxməri inqilabına və dekabrın 16-da keçirilmiş növbədənkənar parlament seçkilərinə toxunaraq qeyd etdi ki, ilk azad, demokratik və şəffaf seçkilər müstəqillik qazandıqdan sonra Ermənistanda keçirilib və beynəlxalq müşahidə missiyaları tərəfindən tanınılıbdır. Nikol Paşinyanın sözlərinə görə, növbəti addım olaraq, ER hökuməti demokratiyanın institusional və iqtisadiyatca gücllənmək istiqamətində addımlar atır və bu prosesi dəstəkləmək üçün ABŞ-ın da daxil olduğu beynəlxalq həmkarlarının dəstəyini gözləyir. Deyvid Frays , Ermənistanda demokratiyanın inkişafına yönəldilmiş islahatlar alqışlayaraq ona hörmətlə hörmətlə yanaşdığını və Nümayəndələr Palatasının demokratik tərəfdaşlığı, erməni-amerikan əlaqələrini və parlamentlərarası əməkdaşlığı gücləndirməyə kömək etmək üçün ekspert bilik və məsləhətləşmələr vasitəsilə parlamentarizm mədəniyyətini inkişaf etdirməyə hazır olduqlarını bir daha qeyd etdi.