192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
YUNESKO-da ER daimi nümayəndəsi frankofon qrupunun sədriliyini öz üzərinə götürüb
2019-04-19 11:01:57

YUNESKO-da ER daimi nümayəndəsi səfir Kristian Ter-Stepanyan ilk dəfə YUNESKO-da frankofon qrupunun plenar iclasına sədrilik edib. Qrupa 79 ölkə üzvdür.

ER XİN-nin media və ictimai diplomasiyası şöbəsindən verilən məlumata görə, iclas zamanı səfir Ter-Stepanyan YUNESKO və Beynəlxalq Frankofon Təşkilatı arasında əməkdaşlığın təşviqinə əhəmiyət verərək qeyd etdi ki, qrupda sədrilik edən ER nümayəndə heyəti iki təşkilat arasında əməkdaşlığın daha da dərinləşdirmək üçün işləyəcək.

O həmçinin frankofon qrupunda ER sədriliyində nəzərdə tutulan tədbirləri, o cümlədən 2019-cu ildə frankofon qrupu tərəfindən Şarl Aznavurun anma törəni və 2020-ci ildə “Birgə yaşamaq” dəyərinə təkan vermə məqsədini daşıyan YUNESKO, BFT və frankofoniya zirvəsində ER sədriliyin birgə tədbirini təqdim edib.