Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Zümrüd Yağmur: Trollar sosial şəbəkələrdən küçələrə çıxıb
2019-04-19 11:10:06

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və hüquq müdafiəçisi, yazıçı Zümrüd Yağmurun azyaşlı qızına fiziki təzyiq edilməsi ilə bağlı aprelin 17-də polisə müraciət edilib. Bu barədə Zümrüd Yağmur Amerikanın Səsinə müsahibəsində bildirib.

O, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” müraciət edib.

“Dünən uşağımı xəstəxanaya apardım. Sonra Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən zəng etdilər. Orada izahat verdik. Vəkilimiz də bu gün müvafiq orqanlara müraciət edəcək”, o qeyd edib.

Ana qızının fiziki təzyiqə məruz qalmamışdan bir gün öncə orta məktəbə gedərkən izlənildiyini də deyib.

“Qızım deyir ki, “Azadlıq Prospekti” metro stansiyasının qarşısında onu izləyiblər. Sadəcə Sənay tez məktəbə girib. O, altı saatlıq dərsdən çıxandan sonra uşaq eyni adam tərəfindən yenidən izlənilib. Bir avtomobil sürətlə ona yaxınlaşıb və qarşısında dayanıb. Həmin adam avtomobildən düşüb qızımı təqib edəndə qaçıb və bu zaman sinif yoldaşının atasını görüb. Qızım ona izlənildiyini və avtobusa minməsinə kömək etməyi xahiş edib. O, qızımı avtobusa mindirib,” Yağmur qeyd edib.

Ana qızının ötən il yayda da izlənildiyini və polisə şikayətinin bir nəticə vermədiyini bildirib. Bununla yanaşı, Zümrüd Yağmur ailə üzvlərinin dəfələrlə təhdid edildiyini, lakin bunu ictimailəşdirmədiyini deyib.

O, azyaşlı qızının aprelin 17-də fiziki təzyiqə məruz qalması barədə bunları deyib.

“Dünən qızım ingilis dili kursundan çıxan zaman saat 17.30-da metronun Elmlər Akademiyası stansiyası yaxınlığında onu gözləyib. Uşağıma hücum edib. Bu zaman qızımın yanında iki rəfiqəsi olub. Videonu qızım özü çəkib. Video çəkilişi başlayanadək də o, qızımı təhqir edib, təzyiqə məruz qoyub, ailəmizi hədələyib,” Yağmur qeyd edib.

O, qızının fiziki təzyiqə məruz qoyulmasını keçmiş siyasi məhbus Qiyas İbrahimova Bakı şəhər Baş Polis İdraəsində edilən xəbərdarlığın davamı kimi qiymətləndirir.

“Hökumətin trolları artıq sosial şəbəkələrdə küçələr çıxıb,” o qeyd edib.