192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Aldadılmış vətəndaşlar icra başçısından məhkəmə qərarının icra edilməsini tələb edirlər“
2019-04-19 12:23:35

"Bizimyol.info”-da "Aldadılmış vətəndaşlar icra başçısından məhkəmə qərarının icra edilməsini tələb edirlər" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif "GEN" MMC tikinti şirkətinin mənzil adı ilə aldatdığı sakinlərə 12 ildir ki, ev verməməsini müştərilərlə müzakirə edir.

Müəllif müştərilərdən birinə istinadən deyir ki, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı xüsusi qərarın icrası Bakı Şəhər İcra Hakimiyyətinə yönləndirilib: "Problemimizin həlli üçün İcra hakimiyyətində bizim nümayəndələrin də daxil olacağı komissiya yaradılacağı haqda söhbət getmişdi.

Komissiya yaradılmasa da bizim nümayəndələr İcra hakimiyyətinin əməkdaşları ilə görüşürlər. Ancaq görüşlər adi söhbətləşmə səviyyəsində olur. Biz istəyirik problemlə birbaşa Eldar Əzizovun özü maraqlansın". Bunu şirkətin aldatdığı müştərilərdən Afət Əzizova "bizimyol.info-ya bildirib.

Müəllif isə qeyd edir ki, tikinti şirkəti vətəndaşları aldadaraq mənzil vermək adı ilə pullarını alıb, 12 il ərzində onlara nə ev verib, nə də pullarını qaytarıb, məhkəmənin qərarı ilə tikinti şirkətinin rəhbəri həbs olunsa da sakinlərə mənzil verilməyib.

A.Əzizova deyir ki, müştərilər mənzil probleminin həlli üçün "Şərur MTK"ya yönləndirilmələrindən də narazıdırlar: "Biz bir dəfə aldadıldığımızdan ikinci dəfə ehtiyatlı olmalıyıq, Biz, bir mənalı olaraq, "Şərur" MTK-ya getmək istəmirik! Çünki "Şərur" MTK-nin təklif etdiyi qiymətlər həmin mənzillərin bazar qiymətindən daha baha şəkildə bizə satılmasından başqa bir şey deyil. Bizə təklif olunan Saray qəsəbəsindəki hələ tikintisi başa çatmamış mənzillər də bazar qiymətindən baha və çoxumuza uyğun olmayan ərazidədir. Yalnız layihəsi hazır olan R.Behbudov küçəsində tikiləcək mənzili gözləməyə ömrümüz çatmaz. 12 ilin süründürməçiliyi, əsəbi gərginliyi ömrümüzü baltalayıb", - A.Əzizova belə bildirir.

A.Əzizova iddia edir ki, "Şərur"MTK-nın tikdiyi binaların keyfiyyəti müştəriləri qorxudur, binalar bir-birinə çox yaxındır, təhlükəsizlik qaydalarına riayət edilməyib, müqavilələrdə qeyd edilən ölçülər real ölçülərdən fərqli olaraq şirkətin xeyrinədir, təmirə başlanılmamış mənzillərin sakinlərinə kommunal xərclər ödədilir.

"Ən çox bir neçə adamın birləşdirilib bir mənzilə sahib edilmələri bizi qorxudur",- A.Əzizova bildirib.

A.Əzizova deyib ki, zərərçəkənlər Apellyasiya Məhkəməsinin çıxardığı xüsusi qərarın icra edilməsi üçün Bakıda 300 mənzillik binanın tikilməsinə yer ayrılmasını, bütün texniki şərtlərlə təmin olunmasını, zərərçəkmişlər üçün yaşayış binasında kvadrat metrin 500 AZN nəzərdə tutulmasını, bu işə dövlət nəzarətinin təmin olunmasını istəyirlər.