192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Etinasızlığın səbəbi: polis qorxusu, təhsil sistemi və...
2019-04-19 14:52:30

Turan yazır ki, Tural Qarayev adlı şəxsin 14 yaşlı Sənay Qəhrəmanlıya hücumunu əks etdirən videogörüntülər sosial şəbəkələrdə böyük rezonansa səbəb olub.

Sənay Qəhramanlının anası yazar Zümrüd Yağmurun sözlərinə görə, yeniyetməyə yarım saata yaxın davam edən hücum təhqirlərlə və zərbələrlə müşaiyət olunub. Hadisə adamların sıx olduğu yerdə və saatda - saat 17:30- radələrində "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında baş verməsinə baxmayaraq, 14-yaşlı qızın köməyinə heç kəs gəlməyib. Videogörüntülərdə aydın görünür ki, hadisə yerinə yaxın bir yerdə yolu keçən polis işçisi də münaqişəyə müdaxilə etməyib.

Psixoloq Vəfa Əkbər hesab edir ki, baş verən hadisəni cəmiyyətin etinasızlığı kimi dəyərləndirmək olar: "Və bu etinasızlığın yaranma səbəbi məhz cəmiyyətin özüdür. Çünki vaxtında müdaxilə olunanda, yardım əli uzadılanda insanlar şəxsi ərazilərini daha da genişləndirmək, özlərini daha da müstəqil göstərmək üçün bir növ yardım əlindən tutmayıblar və ya həmin əlini geri döndəriblər. Ona görə də artıq insanlarda kiməsə yardım etmək istəyi o qədər də böyük deyil, empatiya duyğusu aşağı səviyyədədir".

V.Əkbər etinasızlığın digər səbəbini "küçə psixologiyası" deyilən bir amildə görür: "Əgər küçədə kiməsə hücum olunursa, küçə özünü toplum kimi hesab edir və birbaşa kiməsə müraciət olunmadığı üçün gözləyir ki, kimsə birinci addım atacaq".

Psixoloq məsləhət görüb ki, küçədə tanıdığınız və ya tanımadığınız şəxsin hücumuna məruz qalanda, mütləq kiməsə yardım üçün müraciət etmək lazımdır: "Şəxsin özünə müraciət edəndə, məsələn "siz, sən, xala, dayı, mənə yardım edin" deyiləndə, o zaman müraciət olunan insanda eqo daha qabarıq şəkildə özünü göstərir və o, yardım etməyə meylli olur. Ona görə də yaxın olan insanlara müraciət edib, "mənə kömək edin" demək lazımdır və mütləq bir və ya iki nəfər bu və ya digər şəkildə yardım edəcək".

Sosioloq Əhməd Qəşəmoğlu isə bu tipli hadisələri mənəvi dəyərlərin əhəmiyyətsizləşməsi ilə əlaqələndirir: "Əvvəl cəmiyyətimizdə insanlar etinasız olmurdu. İndi görünür ki, cəmiyyət mürəkkəbləşdikcə, insanların problemləri çoxaldıqca və mənəvi dəyərlərə üstünlük verilmədikcə, insanlar etinasızlaşır. Son vaxtlar mənəvi dəyərlər arxa plana keçir və onların yerini maddi dəyərlər tutur. Bu da insanları laqeyd edir.

Qəşəmoğlu qeyd edib ki, son vaxtlar cəmiyyətdə polisdən qorxu yaranıb: "İnsanlar fikirləşirlər ki, hadisəyə qarışsalar və nəsə baş versə, polis sonra onlara problem yaradacaq. Lakin qorxu təkcə polisdən deyil, insanlar özləri aqressordan zərbə almaqdan çəkinir".

Sosioloq təhsil problemini də önə çəkib: "Təhsil də burada güclü rol oynayır. Əvvəl məktəblərdə insanların bir birinə qayğısı, kömək təbliğ olunurdu. İndi isə məktəblərin özlərində də problem çoxdur"