192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
A.Zeynalyan və BQXK Ermənistan üzrə nümayəndəlik rəhbəri Azərbaycan tərəfindən girov götürülən K.Ğazaryanın saxlanılması barədə məsələləri müzakirə etmişlər
2018-11-20 10:19:54

Ermənistan Respublikasının Ədliyyə naziri vəzifəsini icra edən  Artak Zeynalyan və Ermənistanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yeni təyin olunmuş rəhbəri Cler  Meytron BQXK ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Ədliyyə nazirinin vəzifəsini icra edən və BQXK-nin Ermənistan nümayəndə heyətinin rəhbəriylə  Tavuşun Berdavan kənd sakini Karen Ğazaryanın  saxlanılması şəraitləriylə  ilə bağlı məsələləri müzakirə edib.Cler  Meytron , Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin Karen Ğazaryana mütəmadi olaraq   baş çəkdikləri barədə məlumatlandırmış  və yaxın gələcəkdə də onu ziyarət edəcəklərini söyləmişdir. Onun sözlərinə görə, onlar həmişə Karen Ğazaryanın ailə üzvləri ilə əlaqə saxlayırlar. BQXK-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri bildirmişdir ki, onların təşkilatının məhkumun azad edilməsi və ya məhkəmə qərarlarının təsirinə dair danışıqlarda iştirak etmək səlahiyyətləri yoxdur.