192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əli Kərimli: Hakimiyyət ölkədə təmamilə diktatura yaratmaq kursu götürüb
2018-11-20 11:34:04

“Biz ata-oğul Əliyevlərin iqitdarda olduğu 25 il ərzində bəlkə də 70-80 dəfə Şəhidlər Xiyabanını ziyarət etmişik. Heç zaman belə problem olmurdu. Bu ildən başlayaraq problem yaşandı,” deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində ötən şənbə günü saxlanılmasını şərh edib.

"Bu dəfə nəinki qarşımızı kəsdilər, artıq həbs etdilər. Üst-üstə 100 nəfərə qədər adam həbs olundu," deyə Kərimli hakimiyyətin tədricən müxalifətin bütün aksiya imkanlarını məhdudlaşdırmaq istiqamətində sistematik siyasət yürütdüyünü vurğulayıb.

“Bu o deməkdir ki, hökumət hətta Şəhidlər Xiyabanına ziyarət zamanı yüzlərlə, minlərlə müxalifətçinin bir araya gəlməsinə artıq imkan vermək istəmir. Ölkədə müxəlifətçilik fəaliyyəti təmamilə məhdudlaşdırılıb.”

Onun sözlərinə görə hakimiyyət bu yaxınlaradək ziyarətlərə müdaxilə etməyə utanırdı. Lakin belə görünür ki, "ya qorxudan ya da utanc hissini itirdiyindən" hakimiyyət Şəhidlər Xiyabanına ziyarəti də məhdudlaşdırmağa başlayıb.

Əli Kərimli qeyd edib ki, hakimiyyət ölkədə təmamilə diktatura yaratmaq kursu götürüb və əlavə edib ki, beynəlxalq ictimaiyyət Azəerbaycanda demokratiyanın son nəfəsliklərinin də qapadılmasına imkan verməmək üçün məsuliyyət daşıyır.

Onun sözlərinə görə, bu həbsin geniş miqyasda pislənməsi, Azərbaycan cəmiyyətində bu həbsə qarşı yaranmış həmrəylik höküməti qorxutdu və geriyə addım atmağa məcbur etdi.

“Hökümət başa düşdü ki, bu qanunsuz həbs onun siyasi opponentini nəinki sıradan çıxarmayacaq…, əksinə, siyasi baxımından bu həbs onun rəqibinin daha da güclənməsinə gətirib çıxaracaqdı. Və hökümət başa düşdü ki, belə bir əsassız həbs özünə təhlükə hesab etdiyi rəqibini siyasi cəhətdən daha da gücləndirəcək, ona görə ziyanın yarısından qayıtmaq qərarını verdi.”