Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Ararat Mirzoyan: “MDB Parlamentlərarası Assambleyası əməkdaşlıq üçün çox effektiv bir platformadır”
2019-04-20 10:55:11

 

ER Milli Parlament sədri Ararat Mirzoyanun başçılıq etdiyi nümayəndə heyəti aprelin 19-da MDB Parlamentlərarası Assambleyanın 49-cu plenar sessiyasında iştirak edib.Bu haqda MP informasiya xidmətindən bildirilib.MDB üzvü olan ölkələrin nümayəndə heyətləri iclasın gündəliyinə daxil edilmiş bir sıra qanunverici qanunlar və qanunnamələrin layihələrini müzakirə ediblər. MDB PA-nın İqtisadi və maliyyə məsələləri üzrə Daimi Komitəsinin sədri, ER Milli Parlamentinin Ərazi İdarəetmə, Yerli İdarəetmə, Kənd Təsərrüfatı və Ətraf mühit üzrə Daimi Komitəsinin sədri Varazdat Karapetyan əsas məruzəçi olaraq vergi inzibatçılığı, daxili su nəqliyyatı və model qiymətləri haqqında qanun layihələrini təqdim edib. Plenar iclasın sonunda Milli Parlament sədri üzv dövlətlərin parlamentləri rəhbərlərinin iştirakı ilə mətbuat icmalında iştirak etdi.Jurnalistin sualını cavablandıran Ararat Mirzoyan, MDB üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox təsirli bir platforma olduğunu, siyasi, humanitar, iqtisadi və digər məsələlər üzrə müzakirələr aparmaq və qərar qəbul etmək mümkün olan bir platform olduğunu bir daha təstiq edərək qeyd etdi.