192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N. Cəfərli: “Avtomobillərin istehsalı praktikası ölkə iqtisadiyyatına uğur gətirməyib, avtobusların istehsalının da perspektivi yoxdur“
2019-04-20 13:59:59
«Azərbaycanda avtomobillər istehsal olunmur. Onlar demək olar ki, ölkəyə hazır gətirilir, sonra zavodda onların təkərləri, güzgüləri bağlanılır və «avtomobili istehsal etdik» adı ilə satışa çıxarılır. Avtobusları da həmin aqibət gözləyir».
 
Bunu iqtisadçı Natiq Cəfərli aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməlqoyma mərasimi ilə bağlı deyib. O hesab edir ki, avtomobillərin istehsalı praktikası ölkə iqtisadiyyatına uğur gətirməyib, avtobusların istehsalının da perspektivi yoxdur.
 
İqtisadçının vurğulamasına görə, dünya praktikasında avtomobil zavodu açmaq istəyən ölkələrdə ilkin olaraq baza hazırlanır:
​«Yəni, həmin avtomobillərin ən azı 25 faiz detalı həmin ölkədə istehsal olunsun. Azərbaycanda da proses belə getməli, detalların istehsalı üçün kiçik və orta müəssisələrin hazırlanmasına start verilməli idi. Nə qədər ki, bu mexanizmə keçid olunmayıb, Azərbaycanda avtomobillə bağlı istənilən yatırım büdcə pulların göyə sovurulması ilə nəticələnəcək. O cümlədən də avtobus zavodu ilə bağlı verilmiş qərar eyni məntiqlədir. Yenə də hazır avtobus gətiriləcək, burda təkərlər, güzgülər və kreslolar quraşdırılacaq, sonra da istehsal adı ilə bazara çıxarılacaq. Bu da ölkədən kifayət qədər böyük həcmdə valyutanın İrana getməsinə səbəb olacaq. Çünki avtobusların alıcısı dövlət müəssisələri olacaq».
 
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda avtomobillərin və avtobusların yığılması rentabelli deyil: «Ölkədə avtomobillərin yığılması qərarlarının verilməsi dolayısı büdcəyə ikiqat ziyan vurur. Çünki zavodların tikilməsinə, avadanlıqların alınmasına dövlət büdcəsindən vəsait ayrılır – «Xəzər» Avtomobil Zavoduna təqribən 16 milyon pul xərclənib, sonra orada yığılan avtomobillərin detalların alınması üçün xarici valyuta xərclənir. Həmin valyutanın mənbəsi isə satışdan gələn gəlir deyil. Çünki satışın böyük bir hissəsi, təqribən 80 faizdən yuxarısı dövlət idarələrinə olur. Yəni, dövlət büdcəsindən dövlət idarələrinə vəsait ayrılır və onlar həmin pulla maşınları alır. Bu yaxınlarda Dini İşlər üzrə Dövlət Komitəsi 400 yaxın maşın alıb və din xadimlərinə pay verib...».