192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Tofiq Zülfüqarov: “İki ton çaxır diplomatik yük ola bilməz”
2018-11-20 13:50:40

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İspaniyaya Azərbaycandan diplomatik yük olaraq 2 ton çaxırın aparılması haqqında yayılanlar barədə danışıb:

“Mən başa düşmürəm 2 ton çaxırı diplomatk yük adı altında aparmaq nəyə lazım idi? Mən səfir işləyəndə biz də tədbirləri hazırlayarkən bəzi məhsulları Azərbaycandan gətirirdik. O məhsulları Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi diplomatik yük olaraq göndərirdi. Diplomatik yüklə hansısa biznesmenin ixrac etdiyi yük fərqlidir.

Bu hadisə çox qəribə hadisədir. Diplomatik yükün daşınması tamamilə ayrı bir xidmətdir. Bu xidmət fergyegerlər vasitəsilə aparılır. Mən inanmıram ki, 2 ton çaxır İspaniyaya diplomatik yük kimi gətirilib. Diplomatik yükü Azərbaycanın fergyeger xidməti və Xarici İşlər Nazirliyi göndərməlidir. İki ton çaxır, məncə, diplomatik yük ola bilməz”.

Qeyd edək ki, Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb.

Yenicag.az xəbər verir ki, ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib. Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.