Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Son vaxtlar Azərbaycanda boşanma hallarının sayı artdı
2019-04-22 13:28:54

"Modertor.az"da isə "Boşanmalara səbəb xəyanətin dəb halını almasıdır" - Psixoloqdan xəbərdarlıq..." sərlövhəli məqalə diqqət çəkir.

Müəllif son vaxtlar Azərbaycanda boşanma halları sayının artması barədə psixoloq Zeynəb Eyyubova ilə söhbətləşir.

Yazı müəllifi Dövlət Statistika Komitəsinin məlumata əsasən 2019-cu ilin yanvar-fevral aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə boşananların sayının 1,5-dən 1,7-yə qədər artdığını bildirir.

Məsələyə münasibət bildirən psixoloq Zeynəb Eyyubova "moderator.az"a açıqlamasında deyir ki, ailə quran cütlüklərin çoxu əslində bir-birilərini tanımırlar və bu problemlər də evlilikdən sonra üzə çıxır:

"Boşanmaların səbəbi qurulan ailələrin möhkəm olmamasıdır. Ailə quran cütlüklər əslində niyə bu addımı atdıqlarını bilmirlər. Son dövrlər baş tutan toylara baxanda görürsən ki, toyun əvvəlindən axırına kimi gəlin sosial şəbəkədə canlı efir açır".

Psixoloqun açıqlamasına görə, gəlin özünə görə toy günündə o xoşbəxtlik anını yaşaya bilmirsə xoşbəxt deyil və yaxud xoşbəxtliyində hansısa boşluq var ki, bunu yaşamağı bacarmır.

Z.Eyyubovanın daha bir iddiasına görə, bu gün qurulan ailələrdə kişi və qadın bir-birini tanımır, sadəcə hər ikisi öz xarakterlərinin müsbət tərəflərini göstərərək ailə qururlar.

Psixoloq vurğulayır ki, toydan bir müddət sonra hər iki tərəf ailə qurduğu insanı tanımaması gerçəkliyi ilə üz-üzə qalır, bir-birilərini tanımadıqları "etirafları" gündəmə gəlir.

Z.Eyyubova diqqəti indiki boşanmalarda bir məqam üzərinə də cəmləyir: "Əvvəllər qadın boşananda düşünürdülər ki, o bədbəxt oldu, evin bir küncündə qaldı. Amma bu gün boşanan qadınlar iş qadını olur, həyatı normallaşır, insanlar tərəfindən sevilir və digərləri də onların zahirdə gördükləri həyatlarına baxıb boşanmaya meyllənirlər".

Psixoloqun açıqlamasına görə, son dövrlər boşanmaların artmasında ikinci bir problem isə xəyanətin dəb halını almasındadır.

Z.Eyyubova iddia edir ki, əgər əvvəllər xəyanət yalnız ailə qurulduqdan 6-7 il sonra baş verirdisə, indi toydan 1-2 ay sonra istər kişinin və istərsə də qadının həyatında xəyanət baş verir.

Psixoloq bütün bunların olmaması üçün evlilikdən qabaq psixoloqa müraciət etməyi vacib sayır, bununla yanaşı, boşanmaların sayının artmaması üçün hər iki tərəf üçün çoxsaylı seminarlar keçirilməsini zəruri hesab edir.