Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Bakı yollarında sıxlıq başlayır
2019-04-22 12:53:01

Bakıda "Formula 1" Azərbaycan "Qran-pri" yarışları ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası (BŞH) üzrə avtomobil yollarında aprelin 22-dən hərəkət məhdudlaşdırılıb.

Məhdudiyyətlər Neftçilər, Ü.Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov, Lermontov, Əhməd Cavad, İstiqlaliyyət və Bünyat Səfərov, Şeyx Şamil, Bülbül, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev, Niyazi küçə və prospektlərinə, onlarla kəsişən digər yollara da tətbiq edilib.

Yarışlarla əlaqədar həmin küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib, avtobuslar alternativ küçələrdən istifadə edəcək.

Həmin istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.

Xatırladaq ki, Azərbaycanda "Formula-1" yarışları 2016-ci ildən keçirilir. 2020-ci ildə 5 illik məcburi keçirilməsi müddəti başa çatmalı idi. Amma bu il Azərbaycan tərəf müqavilə bağlamaqla yarışların müddətini daha 3 il uzadıb.