192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Türkiyə məyitlər üstündə qurulmuş bir soyqırımcı rejimdir: Əli Ertem
2019-04-23 13:52:50

Soyqırım qurbanlarını unutmaq, insanlığı unutmaq deməkdir. Bunu RadioLur ilə söhbətdə Almaniyada işləyən “Soyqırıma qarşı birlik” təşkilatının qurucusu türk əsilli Əli Ertem bildirib.

“Erməni Soyqırımının tanıma mübarizəsi o qədər davam olunmalıdır ki, indiki Türkiyə Osmanlı imperiyasında törədilmiş 20-ci əsrin ən böyük fəciyəni tanımasın”,-deyə “Soyqırıma qarşı birlik” təşkilatının qurucusu qeyd edib.

Ertem düşünür ki, Türkiyə Erməni Soyqırımının faktını təkzib etməkdən başqa, tarixi də saxtalaşdırır. Bu isə ilk növbədə qurbanlar və onların nəvələrinə qarşı böyük bir təhqirdir. “Bu, reallığı və iki ölkə arasındakı münasibətləri zəhərlənir”,-deyə Ertem vurğulayıb. Bir əsrdən çoxdur ki, Türkiyə hakimiyyəti öz tarixini təkzib edir, Dərsliklərdə özünü qurban olaraq göstərir və yalanı həqiqət kimi ictimaiyyətə təqdim edir.

“Zamanı gələcək və məhz bu yalanın içində böyümüş nəsil hakimiyyətdən öz tarixi ilə üzləşməni tələb edəcək. Türkiyə məyitlər üstündə qurulmuş soyqırımcı bir rejimdir. Soyqırım tanınırsa, bu rejim məhv olacaq. Biz yalnız soyqırımın tanınmasını deyil, bundan irəli gələn bütün məsuliyyətlərin yerinə yetirilməsini tələb edirik. Soyqırımın tanınması Türkiyədə ən böyük ictimai dəyişikliyi olacaq. Onlar bunu başa düşürlər və bu səbəbdən də təkzib edirlər”,-deyə Əli Ertem qeyd etdi.

Kürt alim Eran Gündüz isə əlavə etdi ki, bugünkü Türkiyədə yalnız ermənilərin deyil, bütün milli azlıqların hüquqları pozulur və onlar buna qarşı mübarizə edirlər.