Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Qazax siyasi xadimi ölkə prezidenti seçildiyi təqdirdə Erməni Soyqırımını tanımaq niyyətində olduğunu bildirdi
2019-04-23 13:40:31

Qazaxıstanın ictimai və siyasi xadimi, Qazaxıstanın millətlərarası etnik qrupunun lideri Baxıtcan Kopbayev prezident seçildiyi təqdirdə Erməni Soyqırımını tanımaq niyyətində olduğunu açıqladı. Bu haqda Kopbayev «Виртуальный дискуссионный клуб «Мысль» Facebook səhifəsi tərəfindən verilmiş müsahibə zamanı bəyan edib. İnternatsionalizmin ideologiyasını və aydın bir vətəndaşlıq mövqeyini müdafiə edən bir şəxs kimi mən və mənim kimilər , təbii ki, rəsmi hakimiyyət orqanları tərəfindən bu cür cinayətlərin törədilməsini pisləyirik. “Erməni Soyqırımını tanımaq çox qəribə olardı. Nasistlərin yəhudilərə qarşı törətdikləri fiziki qırğınları tanıyırıqsa, yaxşı, bəs Osmanlı İmperatorluğunun oxşar hərəkətlərinə necə diqqət yetirməyə bilərik? Bütün faktlar həm Qərb ölkələri, həm də türklər tərəfindən qeydə alınıb axı...”- deyə siyasi xadim bəyan edib.Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcəkdir.