Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Ermənistan beynəlxalq gündəmdə soyqırımın qarşısının alınması məsələsini davamlı olaraq irəli aparır: Zohrab Mnatsakanyan
2019-04-24 12:18:31

Ədalətin bərpası üçün erməni xalqının qadiyyəti  heç zaman bitməyəcək.

Bu barədə Tsitsernakaberd abidə kompleksində jurnalistlərlə söhbət zamanı  ER Xarici işlər naziri Zohrab Mnatsakanyn  qeyd edib.

“Bu gün  dünyanın müxtəlif  ölkələrində  soydaşlarımız erməni xalqının dostları ilə birlikdə bir sıra tədbirlər və anma mərasimləri keçirirlər. Erməni Soyqırımının tanınması nəinki ədalətə doğru addımdır, dəm də  soyqırımların qarşısının alınmasına yönəlmişdir. Bu cəzasızlığın qəbuledilməzliyi  barədə mesajdır”- deyə Zohrab Mnatsakanyan deyib.

Ermənistanın  beynəlxalq  reytinqinin yüksəldilməsini nəzərə alaraq, Türkiyə ilə yeni proseslərin başlanmasının mümkünlüyü barədə suala cavab verərək Zohrab Mnatsakanyan  onu az mümkün hesab edir.

“Təəssüf ki, siz  rəsmi Ankaradan  gələni görürsünüz və onlar  ümidverici deyildir, əksinə tənqidlərə layiqdir”- deyə nazir qeyd edib.

Nazir vurğuladı ki, təkzibçiliyə qarşı mübarizə  Ermənistan üçün xarici siyasətin prioritetlərindən biridir.

“Biz bu illərdə ardıcıllıqla beynəlxalq gündəmdə soyqırımların qarşısının alınması məsələsini irəli aparırıq. Soyqırımın qarşısının alınması  beynəlxalq öhdəliyidir, biz bu istiqamətdə çalışmağa davam edəcəyik. Cəzasızlıq qəbul edilə bilməz”- deyə Zohrab Mnatsakanyan yekunlaşıb.