192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Son 10 ildə Azərbaycanda 18 minə yaxın 1 yaşadək körpə ölüb
2018-11-20 17:51:00

2008-2017-ci illərdə Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb.

Meydan.tv "Report"a istinaden  yazır ki, hesabat dövrü ərzində ölkədə 835 min 187 uşaq dünyaya gəlib.

Həmin uşaqlardan 17 min 992 nəfəri 1 yaşadək müxtəlif səbəblərdən ölüb. Onlardan 791-i infeksion və parazitar xəstəliklərdən, 3 min 366-sı tənəffüs sistemi xəstəliklərindən, 8 min 186-sı perinatal dövrdə meydana çıxan bəzi hallardan, 2 min 223-ü anadangəlmə anomaliyalardan (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından, 196-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən həlak olub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 10 ildə hamiləlik, doğuş və zahılıq dövründə 273 ana ölümü baş verib.

Ümumilikdə isə son on ildə Azərbaycanda müxtəlif səbəblərdən ölən şəxslərin sayı 546 min 68 nəfərdir. Onlardan 66 min 503-ü yenitörəmələrdən, 331 min 672-si qan dövranı sisteminin xəstəliklərindən, 20 min 331-i tənəffüs sistemi xəstəliklərindən, 25 min 476-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən həyatını itirib.

İqtisadçı Natiq Cəfərli deyir ki, bir yaşı tamam olmamış ölən körpələrin sayının az qala 18 min nəfər olması təhlükəli haldır:

İqtisadçı bildirir ki, ölkənin səhiyyə sistemini, iqtisadiyyatın vəziyyətini, qanunsuzluq həddini AzTV-nin nağılları deyil də, məhz bu rəqəmlər güzgü kimi əks etdirir.