Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Nikol Paşinyan: Biz Azərbaycana müharibə gündəmi deyil, sülh təklif edirik
2019-04-25 13:22:41

ER Baş naziri Nikol Paşinyan Независимая газета-ya müsahibəsində Ermənistan-Rusiya münasibətləri, Suriyaya humanitar qrupun göndərilməsi, Qarabağ məsələsi və investisiyalar haqqında danışıb.

Sual: Ermənistanda baş vermiş inqilabdan sonra Azərbaycanda sevinmişdilər ki, Qarabağ münaqişəsinin həlli mümkün olacaq, lakin indi deyirlər ki, Paşinyan Qarabağın danışıqlar masasına qayıtmasını tələb edərək danışıqları uzatmaq niyyətindədir, başqa bir mövzudur ki, Paşinyan Dağlıq Qarabağ məsələsinin bir gündə, bir həftədə və hətta bir ildə həll oluna biləcəyini düşünənlər var.

“Biri belə düşünürsə, demək olar ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı real bir fikri yoxdur. Martın 12-də Dağlıq Qarabağ və Ermənistan Respublikası Təhlükəsizlik Şuralarının birgə iclasında mən dedim ki, biz Azərbaycana müharibə deyil, sülh gündəmi təklif edirik. Biz bu məsələnin həlli üçün birgə çalışmalıyıq. Biz birgə çalışmazsaq, heç vaxt həll olmayacaq. Hətta hərbi yolu ilə, çünki hərbi yolu ilə məsələni həll etmək mümkün deyil. Biz vəziyyəti belə yalnız derinləşdirəcəyik. Biri Dağlıq Qarabağ münaqişəsinin Dağlıq Qarabağın iştirakı olmadan həllini düşünürmü? Mənim təklif etdiyim gündəm yalnız Azərbaycan üçün deyil, ATƏT-in Minsk qrupu həmsədrləri üçün də olduqca gözlənilməzdi. İş mühitində bütün incəliklərin detaylı müzakirəsi üçün zaman lazımdır. Düşünürəm ki, bu il ərzində həm Azərbaycan hakimiyyəti, həm də Minsk qrupu həmsədrləri əmin oldular ki, biz bu münaqişəni həqiqətən də həll etmək istəyirik, həqiqətən də sülh razılaşmasına nail olmanı istəyirik. Bizim bütün təkliflərimiz zamanı uzatmağa yönəlmiş deyil, məsələni həll etməyə, bunun üçün aydın addım atmağa yönəlmişdir. Biz cəmiyyətlərimizi müharibəyə deyil, sülhə hazırlanmalıyıq. Mən yenə də təkrar edirəm ki, Dağlıq Qarabağ məsələsinin həlli erməni xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün qəbuledilən olmalıdır. Təəssüf ki, Azərbaycan tərəfindən hələ ki, bu cür bəyanatlar eşitməmişik. Haçan ki, Bakı məsələ həllinin həm azərbaycanlı, həm də erməni xalqı üçün qəbuledilən olma zərurətini bəyan edərsə, o vaxt danışqlar prosesində irəliləyiş haqqında danışıla bilər”,-deyə Paşinyan qeyd etdi.

Sual: Hər hansı bir münaqişə kompromislər tələb edir. Ermənistan ne güzəştlər edə bilər?

Paşinyan cavablayıb ki, bu sualı tərəflərdən yalnız birinə vermək doğru deyil. Önəmlisi odur ki, proses konstruktiv olsun.

“Bütün tərəflərin bu suala eyni zamanda cavab verməsi lazım. Mən bu suala Azərbayca və Dağlıq Qarabağ ilə eyni zamanda cavab verməyə hazıram. Ancaq, Azərbaycanın hərbi mövqelərindən erməni tərəfinin güzəştlərə və kompromislərə getmə zərurəti barədə olan bəyanatları zəiflik kimi şərh edilə bilər. Həmişə demişəm ki, bizi müharibə ilə qorxutmamalıdırlar. Bizi heç nə ilə qorxutmazlar, çünki biz özümüzü çox əmin hiss edirik. İndi erməni cəmiyyəti bütün cəhətlərdən dirçəlişdədir. Biz müharibə haqqında deyil, sülh haqqında danışmağa təkil edirik”,-deyə o qeyd etdi.