192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
RATİ jurnalistə qarşı təzyiqləri pisləyir
2019-04-26 12:23:37

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATI) ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızına qarşı olan təzyiqlərə görə Azərbaycan hakimiyyətini qınayır və qanunsuz telefon dinləmələri, jurnalistin şəxsi həyatına aid vizual materiallar vasitəsilə şantaj və çirkin təqib kampaniyasına son qoymağa çağırır.

Bu barədə təşkilatın bəyanatında deyilir.

RATİ bununla belə Azərbaycanın və ABŞ-ın hüquq mühafizə orqanlarını jurnalistin susdurulmasına və korrupsiyaçıları tənqidinə son qoymağa yönələn cinayət əməllərinin dərhal araşdırılmasına çağırır.

Aprelin 9-da ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı Almaniyadakı həmkarı Çingiz Sultansoyla telefon danışığının Azərbaycanda dinlənildiyini iddia edən video müraciət yayıb. Video müraciətdə Osmanqızı Real televiziyasında “Mirşahinin vaxtı”verilişində efirə gedən telefon danışığının audio-yazısına istinad edir.

Təşkilat həmçinin son üç həftədə hakimiyyətin müstəqil KİV və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aqressiv ritorikanı gücləndirdiyini qeyd edir.

Belə ki, sosial şəbəkələrdə Obyektiv TV-nin jurnalisti Fatimə Mövlamlının bir il əvvəl qanunsuz olaraq polis tərəfindən telefonundan götürülən şəxsi intim şəkilləri paylaşılıb.

“Təəssüf ki, Azərbaycanda jurnalistləri qorumaq əvəzinə xüsusi xidmət orqanları gizli kamera, qanunsuz dinləmə, kompüter və smartfonlara müdaxilə vasitəsilə onların şəxsi həyatına müdaxilə edir ki, şantaj yolu ilə qadın tənqidçilərini susdursun”, RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib.

“Azərbaycanın xüsusi xidmət orqanlarının ən əyani təqib və şantaj kampaniyası 2012-ci ildə tanınmış jurnalist Xədicə İsmayılovaya qarşı olub. RATİ araşdıraraq sübut edib ki, jurnalistin şəxsi həyatının gizlin çəkilişi bilavasitə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilib. Xüsusi xidmət orqanlarının jurnalistə qarşı təqib və hədə-qorxu kampaniyasında birbaşa əlinin olmasının ciddi sübutlarına baxmayaraq, Azərbaycanın nə prokurorluğu, nə məhkəmələri bu çirkin cinayətin günahkarlarının məsuliyyətə cəlb edilməsinə yardım etmədilər. Əslində bunu da gözləmək lazim idi, çünki təqib kampaniyasının arxasında Azərbaycanın siyasi rəhbərliyi dayanırdı, məhz hakimiyyətin razılığı ilə bu gün jurnalist Sevinc Osmanqızına qarşı analoji təqib və qorxutma kampaniyası başlayıb”, Emin Hüseynov qeyd edib.

RATİ ABŞ-ın hüquq mühafizə orqanlarını Sevinc Osmanqızının müdafiəsini təmin etməyə, Almaniya və Azərbaycanın hüquq mühafizə orqanlarını cəlb etməklə, jurnalistlərin şəxsi informasiyasının qanunsuz toplanması faktı üzrə araşdırma aparmağa çağırır.

Təşkilat həm də ATƏT və Avropa Şurasını, həmçinin bu quruma üzv ölkələri Azərbaycanın qadın jurnalistlərinə qarşı təqib, qorxutma və hədə kampaniyasına adekvat qiymət verməyə çağırır.

Öz növbəsində, bir qayda olaraq Azərbaycan hakmiyyəti bu səpkidə tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkdə bütün fundamental azadlıqların tam bərpa edildiyini, insanların baxışlarına, fikirlərinə görə təqib edilmdəiyini bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri hazırda səksənədək siyasi məhbusun, o cümlədən bir neçə jurnalistin həbsdə olduğunu bildirir.