Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Apellyasiya Məhkəməsi jurnalist Mustafa Hacıbəylinin barəsində hökmü qüvvədə saxlayıb
2019-04-26 13:16:45

Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayətinə baxılıb.

Xatırladaq ki, bu il fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 309 (vəzifə səlahiyyətlərini aşma) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələr ilə təqsirli bilərək 2 il sınaq müddəti olmaqla 5,5 il müddətinə azadlıqdan məhrum edib.

"Biz vəkil Osman Kazımov ilə birlikdə Apellyasiya Məhkəməsindən xahiş etdik ki, bəraətverici qərar çıxarsın. Biz sübut etdik ki, hökm qanunsuzdur və sifarişli olub. Ancaq dövlət ittihamçısı Müstəcəb Əliyev hökmün qüvvədə qalmasına tərəfdar olub və şikayəti təmin etməyib", - M.Hacıbəyli Turan-a bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək və hökm ləğv edilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.

* 2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması barədə İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"la bağlı cinayət işi qaldırıb. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacıbəyli şahid kimi keçib. Lakin noyabrın 30-da o, müttəhim statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə yönələn çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Redaktorun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, bütün ittihamları rədd edib.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir, "Sərhədsiz reportyorlar" təşkilatı və digər beynəlxaq qurumlar jurnalistin barəsində hökmü pisləyiblər.