192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
MDB Hərbi universitetləri Assosiasiyasının görüşü Nur Sultanda keçirilib
2019-04-26 11:10:33

Nur Sultanda MDB ölkələrini Ali hərbi təhsil müəssisələrinin Assosiasiyasının iclası keçirildi. Bu haqda RF Müdafiə nazirliyindən məlumatlandırılır. "Qazaxıstanın paytaxtı Nur-Sultanda, MDB üzvü olan ölkələrin Ali Hərbi təhsil  müəssisəsi Assosiasiyasının iclası keçirildi"- deyərək informasiyada bildirilib.Qeyd edək ki, Assosiasiyanın işində Rusiya, Ermənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Belarusun hərbi Ali təhsil müəssisələrinin 18 nümayəndəsi iştirak ediblər. Tədbir iştirakçıları assosiasiyanın təşkili və fəaliyyəti, önəmli olan iş sahələri, təcrübə mübadiləsi mexanizmləri və qabaqcıl öyrənmə texnologiyalarının tətbiqi məsələlərini müzakirə etmişlər.Assosiasiya MDB üzvü olan dövlətlərin hərbi, elmi və pedaqoji kadr hazırlığı, peşə hazırlığı və tədqiqat sahəsində hərbi qurumları arasında əməkdaşlığı koordinasiya etmək üçün yaradılmışdır. Bu haqda RİA Novosti məlumatlandırır.