Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Moskvada metronun yaxınlığında azərbaycanlılar arasında atışma olub
2019-04-26 11:58:01

Lenta.ru xəbər verir ki, Rusiya İstintaq Komitəsi Moskvada iki kişi meyidinin tapılması faktı üzrə cinayət işi açdı. Cinayət işi RF CM 105-ci (“Qətl”) və 222-ci (“Qanunsuz silah daşıma”) maddələri ilə açılıb.

“İnstintaqa görə, aprelin 25-də Moskvanın "Novıye Çeremuşki" metrostansiyası yaxınlığında silahlı atışma baş verib. Həmin yerdə iki kişi meyidi tapılıb”. Bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı rəsmi məlumatda deyilir.

İlkin məlumatlara görə, kimliyi məlum olmayan bir nəfər naməlum silahdan atəş açaraq başqa bir nəfəri, daha sonra özünü öldürüb.

Teleqram kanal -112 bildirmişdi ki, atışma Bakıdan gələn iki nəfər arasında olub.