Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Sərhədi pozan azərbaycanlı “Erebuni” tibbi mərkəzinə aparıldı – O əməliyyat edildi
2019-04-26 12:14:23

Aprelin 24-də Ermənistanın dövlət sərhədini pozan Azərbaycan Respublikası vətəndaşı Elvin Arif oğlu “Erebuni” tibbi mərkəzinə aparıldı. Bu haqda ER Əliyyə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr üzrə idarəsindən məlumat verilib.

Nazirliyin məlumatına görə, E.İbrahimovun tibbi müayinəsi nəticəsində onun təcili cərrahi müdaxiləyə ehtiyacının olduğu müəyyənləşdirilib. Əməliyyat zamanı xəstənin mədəsindən yad cisim çıxarılıb. Hazırda o, daimi həkim nəzarəti altındadır. Həkimlər onun vəziyyətini sabit olaraq qiymətləndirirlər.

"Ermənistanın Ədliyyə və Səhiyyə nazirliklərinin bütün addımları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib", - Ermənistanın Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, 2019-cu il martın 16-da saat 01:00-01:30 raddələrində Elvin Arif oğlu Tavuş rayonunun Barekamavan kəndinin yaxınlığından ER sərhədini pozmuşdu. O yanında tapılmış sənədlərə görə, Azərbaycan vətəndaşıdır. ER dövlət sərhədini qanunsuz olaraq keçməsi üçün ona qarşı ER CM 329-ci maddəsinin birinci hissəsi ilə cinayət işi açılmışdır.