192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Zaqatalada meşədə silah və döyüş sursatı aşkar edilib
2019-04-26 17:59:09

Zaqatala rayon polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) şimal-qərb regional mərkəzinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Kabaloba kəndi yaxınlığında meşədə şübhəli əl bağlaması aşkar edilib.

Bağlamanın içində "Revolver" tipli tapança, 23 gilizli ov silahı, 4,5 mm çaplı bir tapança, iki ədəd əl qumbarası, 680 ədəd müxtəlif silahlar üçün güllə, 1 ədəd gecə görüş dəsti, 1 ədəd avtomat sandığı, 1 ədəd 2 güllə sandığı olan idman tapançası və 1 ədəd 9 mm çaplı tapança aşkar edilib və götürülüb.

Araşdırma aparılır, xəbəri DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.