192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müsavat AKM siyasi məhbuslara azadlıq tələbi ilə yürüş-mitinq keçirib
2019-04-29 13:15:46

Aprelin 27-də Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkilatcılıgı ilə Almaniyanın Mainz şəhərində SWR telekanalının binası önündə Müsavat Partiyasının həbsdə olan fəalı Azad Həsənova və digər siyasi məhbuslara azadlıq şüarı ilə yürüş-mitinq kecirilib. Amerikaninsəsi.org-un xəbərinə görə, bu barədə Müsavat AKM-in məlumatında deyilir.

Məlumatda bildirilir ki, aksiya iştirakçıları Azad Həsənova və digər siyasi məhbuslara azadlıq tələbi qətnamə qəbul edib.

Qətnamədə bütün siyasi məhbusların azad olunması, Azərbaycanda siyasi, iqtisadi islahatların dərhal başlanılması, korrupsiyaya, diktaturaya son qoyulması, azad və demokratik secki mühitinin yaradılması Azərbaycan hökümətindən tələb edilir.

Eyni zamanda mitinq iştirakcıları tələblərinin həyata kecirilməyəcəyi təqdirdə etiraz aksiyalarını beynəlxalq təşkilatların ofislərinin önündə davamlı və daha kütləvi halda kecirilməsi barədə razılığa gəlib. Avropa Birliyindən Azərbaycandakı korrupsioner məmurlara qarşı sanksiyalar tətbiq olunması tələb olunub.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Həsənova qarşı məhkəmə prosesi davam edir. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də Bakıya gəlib. Elə həmin gün atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyası onun həbsinin qanunsuz və siyasi motivli olduğunu bəyan edib.

Bununla yanaşı Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmir. Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir.

Yerli hüquq müdafiəçiləri isə səksənədək siyasi məhbusun olduğunu bəyan edir. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb. Təşkilat Almaniyada və digər Avropa ölkələrində Azərbaycan hakimiyyətinin tənqidi əkc olunan və insan hüquqlarının müdaifiəsi ilə bağlı çoxsaylı aksiyalar keçirib.