192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azər Həsrət: Sosial şəbəkələrdə saxta profillərin yaradılması cəmiyyəti narahat edən məsələlərdəndir
2018-11-21 12:42:22

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, son günlər DİN-in adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, sosial şəbəkələrdə saxta profillərin yaradılması cəmiyyəti narahat edən məsələlərdəndir:

“Dövlətin, xüsusən də hüquq mühafizə orqanlarının bu məsələ ilə ciddi məşğul olmasına ehtiyac var. Hazırkı texnologiyalar dövründə saxta profillərin aşkarlanması elə də çətin məsələ deyil. Bu fəaliyyətlə məşğul olan şəxslərin aşkar edilməsi və zərərli fəaliyyətlərinin qarşısının alınması cəmiyyətdəki ümumi abu-havaya müsbət təsir edəcək”.