192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri telefon zənginə görə həbs olunub
2018-11-21 13:36:49

Əsədovun həyat yoldaşı Şəhanə Hacıyeva deyir ki, o, telefonda yüksək səslə danışmayıb. Azərbaycan polisi isə telefonda yüksək səslə danışdığı üçün Əsədovu xuliqanlıq və polisə itaətsizliyə görə saxlayıb.

Noybarın 8-i Mirtağı Əsədov Nərimanov Rayon Məhkəməsində 30 gün müddətinə həbs olunub.

Əsədov Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəridir. İdarə Gürcüstan müsəlmanlarını təmsil edən əsas qurumlardan biridir. Noyabrın 7-i ailəsini ziyarət etmək üçün Bakıya səfəri zamanı Əsədov “Sınıq Körpü’ gömrük məntəqəsində saxlanılıb. O, daha sonra həyat yoldaşına zəng edərək saxlanıldığını bildirib.

Məhkəmə sənədinə görə, Mirtağı Əsədov telefonda yüksək səslə danışaraq nalayiq ifadələr işlədib. Bunu görən polis ona yaxınlaşaraq yüksək səslə danışmağı və nalayiq ifadələr işlətməyi dayandırmasını istəyib.

Şəhanə Hacıyevanın sözlərinə görə, Əsədov telefonda danışan zaman heç bir nalayiq ifadə işlətməyib.

“O, heç vaxt belə sözlərdən istifadə etmir. Küçədə müzakirə ediləcək dərəcədə də problemimiz yoxdur”,- Hacıyeva belə deyib:

“Mənə zəng edərək Daxili İşlər Nazirliyinə aparıldığını dedi”. Hacıyeva M.Əsədovun zəngindən sonra nazirliyə getsə də, heç bir məlumat əldə edə bilməyib.

Mirtağı Əsədovu Bakıya gətirən taksi sürücüsü Qazax Rayon Polis Şöbəsində 30 dəqiqə gözlədikdən sonra onun saxlanıldığını bilib.

“Polis şöbəsindən gələrək mənə bildirdilər ki, Əsədovu Bakıya özləri gətirəcəklər”,- taksi sürücüsü ailəsinə onun saxlanılması barədə məlumat verib.

Məhkəmə sənədinə görə, Mirtağı Əsədov noyabrın 8-i Əlizadə küçəsində saxlanılıb. Ancaq o, noyabrın 7-i “Sınıq Körpü” gömrük məntəqəsinə keçən zaman saxlanılaraq polis şöbəsinə aparılıb. Ailəsinə hələ də onunla görüşməyə icazə verilmir.

Mirtağı Əsədov Gürcüstanda anadan olub, ondan sonra 1990-cı illərdə Azərbaycana köçüb. 2016-cı ilə qədər o, Gürcüstan və Azərbaycanın vətəndaşı olub. Gürcüstan Daxili İşlər Nazirliyindən gələn bildirişdən sonra Əsədov könüllü şəkildə Azərbaycan vətəndaşlığından imtina edib.