192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri Nikol Paşinyan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş müdiri Yukiya Amanoyu qəbul edib
2019-04-30 10:54:50

ER Baş nazirinin iş heyətindən verilən məlumata görə Baş nazir qeyd edib ki, Ermənistan ER hökumətinin və Beynəlxalq Atom Enerjisi Agentliyinin arasında əməkdalığa olduqca böyük əhəmiyyət verir ki, onun da hiss ediləcək qədər Ermənistanın energetikası və təhlükəsizliyini beynəlxalq standartlara uyğunlaşdırılması və potensialının artırılması baxımından mühüm əhəmiyyətə malik olan Ermənistan hökuməti ilə MAQATE arasında əməkdaşlığa həmçinin böyük əhəmiyyət verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru nüvə təhlükəsizliyi sahəsində mövcud və gələcək layihələrdə ikitərəfli əməkdaşlığın vacibliyini vurğuladı və bu istiqamətdə Ermənistan hökumətinə kömək göstərməyə hazır olduğunu bildirib. Görüş zamanı həmsöhbətçilər Erməni Atom Enerji stansiyasının təhlükəsizliyinə və səviyyəsinin artırılması istiqamətində aparılan işlərə , Ermənistanda nüvə təhlükəsizliyi üçün tənzimləyici qurumun inkişaf etdirilməsinə, Ermənistanla Beynəlxalq Atom Enerjisi Agentliyinin arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.