192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bayram Məmmədov: “Bu, mənim prinsipiallığımı daha da gücləndirir“
2019-04-30 12:30:08

"Mənə qarşı işgəncələr artıq adi hal alıb. 2016-cı ildən bu hadisələrlə qarşılaşıram". Bu barədə NİDA hərəkatının gənc fəalı Bayram Məmmədov bu gün 30 günlük inzibati həbs müddəti başa çatdıqdan sonra "Amerikanın Səsi"nin Azərbaycan xidmətinə müsahibəsində bildirib.

Bununla belə, o, məruz qaldığı işgəncələrin təfsilatı haqqında danışmaqdan imtina edib. "Kameralar qarşısında cəmiyyətə başıma gələnləri danışmaq istəmirəm. Bu, mənim prinsiplərimə ziddir. Bu gün biz hələ təzə vətəndaş hərəkatına çevrilməyə başlayırıq. Siyasi baxışlarımız hələ təzə formalaşır.

Hesab edirəm ki, belə bir anda xalqa işgəncələr haqqında danışmaq yanlış olardı. Əlbəttə, bəziləri etiraz edə, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmalı olduğunu iddia edə bilər. Amma mən əminəm ki, beynəlxalq təşkilatlar, Qərb diplomatları hadisələr haqqında bizdən yaxşı bilirlər", deyə Məmmədov bildirib.

Bloger Mehman Qələndərovun istintaq təcridxanasında dünyasını dəyişməsinin 2-ci ildönümünə toxunan Məmmədov deyib ki, nə qədər ki, cəmiyyət ədalətsizlik, özbaşınalıq, haqsızlıq qarşısında susur, belə hallar təkrarlanacaq.

"Biz fəal olmalıyıq, siyasi əqidələrimiz uğrunda mübarizəni davam etdirməliyik. Bəli, bu yolda işgəncələr, həbslər ola bilər, amma bu, bizi qorxutmamalıdır. Bu gün mən yenə həbsdən çıxdım və bir daha bəyan edirəm ki, mübarizəni davam etdirəcəyəm. Bəli, işgəncələr ola bilər, amma bu, məni qorxutmur. Bu, mənim prinsipiallığımı daha da gücləndirir", deyə Məmmədov sözünü bitirib.