Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Yerevanda Aİİ Hökumətlərarası Şuranın iclası öz işinə başlayıb
2019-04-30 12:20:28

 

 

Yerevanda Aİİ Hökumətlərarası Şuranın üzv ölkələrinin hökumət rəhbərləri səviyyəsiylə iclası öz işinə başlayıb.Bu İttifaqın təşkilindən sonra 17-ci toplanışdır.Avrasiya İqtisadiyyat İttifaqının Hökumətlərarası Şuranın iclasında iştirak etmək üçün Ermənistana Belarus Respublikasının Baş naziri Sergey Rumas, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev, Qazaxıstan Baş naziri Asqar Mamin və Avrasiya İqtisadiyyat Komissiyasının idarə heyətinin sədri Tigran Sarkisyan Hökumətlərarası Şuranın Aİİ iclasında iştirak etmək üçün səfər etmişlər.Ermənistanı Şuranın iclasında ER Baş naziri Nikol Paşinyan təmsil edəcəkdir.İclas ərzində Avrasiya İqtisadiyyat İttifaqına üzv ölkələrin nümayəndələri inteqrasion prosesslərin inkişafına, İttifaqın möhkəmləndirilməsi, ümumi bazarların formalaşdırılması, əməkdaşlığın sektoral sahələrinin inkişafı məsələlərinə dair  müzakirə edəcəklər.Avrasiya İqtisadiyyat İttifaqı gündəminin həyata keçirilməsinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur. İclasın iştirakçıları Avrasiya İqtisadiyyat İttifaqı çərçivələrində ticarətin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar, həmçinin iqtisadi fəaliyyətin tənzimlənməsi sistemində mexanizmin istinad modelini təsdiq edəcəklər.