192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
İqtisadçı: Bunu islahatlar adlandırmaq çətindir
2019-05-02 15:27:55

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi nəticələrinə həsr edilən toplantısında çıxışını Meydan TV üçün şərh edən iqtisadçı Toğrul Maşallı büdcə daxilolmalarında artımı leqallaşmanın cəhdi kimi qiymətləndirib.

O deyib ki, əvvəllər gömrükdən hansısa malı qeyri-leqal keçirirdilərsə, indi leqal keçirirlər:

“Amma büdcə daxilolmalarının artımı həm də Vergi Məcəlləsinə edilən dəyişikliklərin göstəricisidir. Br çox sahibkarlar gəlir vergisi sisteminə keçiblər və eyni zamanda, ödənişləri artırmağa məcbur olublar. Ona görə bunu islahatlar adlandırmaq bir qədər çətindir. Çünki Vergi Məcəlləsindəki dəyişikliklər sistemin dəyişikliyi deyil. İslahat adətən vergi sisteminin dəyişikliyini nəzərdə tutur, məcəlləyə edilən əlavə və dəyişiklikləri yox. Şəffaflıq mənasına gəldikdə, xüsusən kiçik sahibkarları daha şəffaf işləməyə inzibati üsul vasitəsilə məcbur edirlər. Ancaq bu, hökumətin şəffaflığı sayıla bilməz və hökumət özü də daha şəffaf işləməlidir. Təəssüf ki, bu, görünmür”.

“Sənaye, qeyri-neft, kənd təsərrüfatında artım rəqəmləri inkişaf göstəricisi sayıla bilərmi” sualına gəldikdə, Toğrul Maşallı bildirib ki, əslində, qeyri-neft yox, emal sektorundan danışılmalıdır.

“Tütün, içki istehsalı artıb. Bu sahələrin inkişafı birbaşa istehlak bazarı ilə bağlıdır, çünki siqaret istehsalının artımı iqtisadiyyatın inkişafı hesab edilə bilməz. Sənayenin inkişafı dedikdə, maşın və velisoped istehsalı artmalıdır. Amma velisoped zavodu öz mağazalarını bağlayıb və ötən il bir velisoped də istehsal olunmayıb. Bu il də temp davam edir”.

Başqa bir narahatedici məqam kimi iqtisadçı, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması statistikasını qeyd edib.

“Bu sərmayənin 2 milyardı qeyri-neft sektoruna yatırılıb. Dövlət Statistika Komitəsi ümumən sərmayələr barədə xəbəri yalnız illik olaraq verir. Amma qeyri-neft sektoru olaraq bizdə sənaye başa düşülür. Sənayeyə yatırımlar isə “əsas kapitala yönəldilmiş vəsait” adlanır. Bu barədə DSK aylıq statistika ilə paylaşır. Aprel ayında dərc olunmuş statistikadan bilirik ki, “bütün maliyyə mənbələrindən əsas kapitala 2699,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,0 % az vəsait yönəldilib”. Düzdür, qeyri-neft sektoruna yatırılmış vəsaitlər 6% artıb. Yatırılmış vəsaitlərin ən azı 22,6% birbaşa olaraq büdcədən təmin edilib”.

Prezidentin yol xəritələrinin uğurla başa çatdırılması və 2021-2025 illər üçün yeni proqram hazırlanması barədə dediklərinə gəlincə, iqtisadçı bu istiqamətdə hesabatlılığın olmamasından təəssüfləndi:

“Qeyd edilir ki, 50 faiz yerinə 52 faiz yerinə yetirilib. Amma nə yerinə yetirilib sualı açıq qalır. Eyni zamanda, strateji yol xəritələrində göstərici yoxdur. Regionların inkişafı ilə bağlı isə dördüncü proqram təsdiqlənsə də, sənəd rəsmən dərc olunmayıb. Beləliklə, hesabatlılığın olmaması və sənədlərin rəsmi mətbuatda dərc olunmaması üzündən uğurlu olub-olmaması haqda fikir söyləmək olmur”.