Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Azərbayanda qida təhlükəsizliyilə bağlı ciddi problemlər var
2019-05-02 16:31:03

"Modern.az"da isə "Azərbayanda qida təhlükəsizliyilə bağlı ciddi problemlər var - deputat" sərlövhəli məqalə oxumaq olar.

Müəllif dövlət başçısının bu günlərdə imzaladığı "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam fonunda ölkədə qida təhlükəsizliyinin təmin olunma səviyyəsini deputat Vahid Əhmədovla gündəmin müzakirəsinə daşıyır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü V.Əhmədov "modern.az"a açıqlamasında proqramın təsdiqilə bağlı sərəncamı vaxtında verilmiş qərar adlandırıb: "Çünki Azərbaycanda qida təhlükəsizliyilə bağlı ciddi problemlər yaşanmaqdadır. Baxmayaraq ki, bu sahəyə nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi müəyyən nöqsanları aşkarlayır, ümumilikdə problemlər həddindən çoxdur. Ona görə də belə bir Proqramın qəbul edilməsi çox vacibdir.

Son vaxtlar qidadan zəhərlənmələr artıb, supermarketlərdə yararsız məshullar baş alıb gedir, istehakçıların aldıqları məhsulların tərkibində sağlamlığa zərərli maddələr aşkarlanır. Belə faktlar var, ona görə də bu məsələlərə diqqət artırılmalıdır".

V.Əhmədov hesab edir ki, neqativ halları mümkün qədər tez bir zamanda aradan qaldırmaq üçün Proqramın icrasına nəzarət gücləndirilməlidir.

"Mən hər zaman demişəm ki, sərhəddən başlamış istehlakçıya çatana qədər bütün qida məhsulları nəzarətdən keçirilməlidir. Məhsullar lazımi laborator müayinələr aparıldıqdan sonra istehlakçıların ixtiyarına buraxılmalıdır. Hazırda Qida

Təhlükəsizliyi Agentliyində müəyyən kadr problemləri var və bunu aradan qaldırmaq üçün kifayət qədər vaxt lazımdır. Ümumilikdə Azərbaycanda qida ilə əlaqədar ciddi və həllini gözləyən neqativ hallar həddindən çoxdur".

Deputat supermarketlərin sayının getdikcə artdığını, hətta bəzilərinin özlərinin məhsul istehsal edib satdığını deyərək, bu fəaliyyətə nəzarət olunması zərurətini irəli sürür.

Deputata görə, məsələ bununla da bitmir, QTA kadr problemlərini həll etməlidir, bütünlükdə isə təkcə QTA yox, Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə birgə fəaliyyət göstərməlidirlər ki, keyfiyyətsiz məhsullar Azərbaycana daxil ola bilməsin.