Noyabrın 20-də Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayışa görə cinayət işi açılıb.
Amerikanın Səsinin bildirdiyinə görə, bu barədə Gəncə Şəhər Prokurorluğundan bildiriblər.
Məlumata görə, partlayış olayı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri üzrə araşdırılacaq.
Noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub.
Rəsmi məlumata görə, 3 nəfər ölüb. Bir nəfərin isə ağır xəsarət aldığı bildirilir. Olayın ilkin olaraq qaz sızmasından baş verdiyi ehtimal edilirdi.