192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
RATİ: Beynəlxalq sərgiləri insan hüquqlarının pozulduğu yerlərdə keçirmək olmaz
2018-11-21 17:13:00

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) noyabrın 23-də Parisdə keçiriləcək Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının iclası ərəfəsində diqqəti Azərbaycanda insan hüquqları probleminə yönəldib. Tədbir zamanı Ümumdünya Expo-2025 sərgisinin keçiriləcəyi şəhər seçiləcək.

Sərginin keçirilməsinə iddialıların qısa siyahısında Bakı, Osaka (Yaponiya) və Yekaterinburq (Rusiya) qalıb. 170 ölkənin nümayəndə heyətləri yekun seçimi ediblər.

RATİ-nin direktoru Emin Hüseynov noyabrın 20-də Parisdə keçirilən mətbuat konfransında diqqəti Azərbaycanda insan hüquqları ilə bağlı problemə yönəlib. O, Bakının sərginin devizi kimi insan inkişafını bəyan etməsinə istehza ilə yanaşıb. Çünki ölkədə insan haqları pozulur, korrupsiya yüksək həddə çatıb.

Onun fikrincə, hakimiyyət Expo-2025 sərgisinin keçirilməsindən özünüreklam üçün istifadə edəcək.

RATİ şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün dünya sərgilərinin təşkili prosesinə vətəndaş cəmiyyətinin fəal cəlb olunmasına çağırır.