Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Ermənistan və BƏƏ yüksək texnologiyalar və yaradıcı təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır
2019-05-03 11:26:50

Ermənistan Xİ naziri Zohrab Mnatsakanyan Ermənistan-Əmirliklər parlamentlərarası birgə komissiyasının həmsədri, BƏƏ dövlət naziri Ahmed Əli Əl-Sayeği qəbul etdi.

ER XİN-dən verilən məlumata görə, tərəflər həmfikirdi ki, Ermənistan-Əmirliklər parlamentlərarası komissiyasının ilk iclasının ikitərəfli iqtisadi əlaqələrinin gücləndirməsinə yeni təkan verəcək. Maliyyə, ticarət-iqtisadi, ərzaq təhlükəsizliyi və elmi-təhsil sahələri əməkdaşlığın ilk istiqamətləri olaraq seçildi. İki tərəf də biznes sahəsinin nümayəndələri arasında əlaqələrin gücləndirməsinə yönəlmiş addımlar atmasına əhəmiyyət verib.

ER XİN rəhbəri hökumət tərəfindən həyata keçirilən işlərin geniş gündəmini təqdim edərək qeyd etdi ki, bunların əsas məqsədi innovasiya və texnoloji inkişafa əsaslanan iqtisadiyyat üçün əlverişli mühitin yaradılmasıdır. Hər iki tərəf yüksək texnologiyalar və yaradıcı təhsil sahəsində əməkdaşlığı aktivləşdirmək üçün praktik addımlar atmağa hazır olmasını bildirib.

Görüş zamanı tərəflər həmçinin beynəlxalq və regional bir sıra məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.